Azərbaycan Premyer Liqasının III dövrəsinin açılış oyunu "Zirə" və "Sabah” komandaları üçün 7-ci görüş olacaq.
Sportnet.az "Zirə"nin rəsmi saytına istinadən xəbər verir ki, ilk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblərin duelləri “qartallar” üçün uğurlu başlamayıb. İlk üç qarşılaşmada bu komanda debütanta uduzub. Mövsümün son matçında böyük hesabla qalib gələn “Zirə” uduzmamaq ənənəsini cari çempionatda da davam etdirib. İlk yarıdakı hər iki qarşılaşma qollu heç-heçələrlə başa çatıb. Son üç dueldən xalsız ayrılmayan “Zirə” bu görüşlərdə meydanı qolsuz tərk etməyib.
Ümumiyyətlə, 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan "qartallar" 7 qol vurub, 9-nu buraxıb. Evdəki 3 oyunda 1 heç-heçəsi olan qəsəbə komandası 2 dəfə uduzub. Top fərqi qonaqların xeyrinədir – 1:5.
Hərəyə 3 qol vuran rəqib oyunçuları Marko Deviçlə Amadu Diallodur. “Zirə”nin heyətində əvvəlki görüşlərin ən yaxşı bombardirləri hərəyə iki qollar Nicat Süleymanovla Xulio Sezar Rodrigesdir.
“Zirə” – “Sabah”: Bütün oyunlar
2018/19 mövsümü
25.08.2018. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 2, 30
27.10.2018. “Sabah” – “Zirə” – 2:1
Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73
02.02.2019. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 47 (p.); Rəşad Eyubov, 68
11.05.2019. “Sabah” – “Zirə” – 0:3
Xulio Sezar Rodriqez, 38, 81; Robin Nqalande, 69
2019/20 mövsümü
31.08.2019. “Zirə” – “Sabah” – 1:1
Soni Norde, 88 // Amadu Diallo, 35
26.10.2019. “Sabah” – “Zirə” – 2:2
Amadu Diallo, 28, 44 // Nicat Süleymanov, 22, 88
Qeyd edək ki, fevralın 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Sabah” matçı saat 15:00-da başlayacaq.