"Qarabağ" komandası "Neftçi" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XVI tur matçının hazırlıqlarına başlayıb.
Sportnet.az Ağdam klubunun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, hazırlıq prosesi klubun məşq bazasında gerçəkləşib. Məşqdə futbolçular müxtəlif fiziki və topu çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da başlayacaq.