"Sabah" komandası "Qəbələ" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XVI tur matçında futbolçu itkisi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, oyunun sonlarında Ozan Can Kökcü əzələsini dartıb. Həmin vaxtadək baş məşqçi Jelko Sopiç hər üç əvəzetmədən yararlandığı üçün 22 yaşlı yarımmüdafiəçi meydanda qalmalı olub. Görüşü çətinliklə başa vuran oyunçu final fiti səsləndirildikdən sonra qazona sarılıb. Ona ilkin yardımı elə komanda yoldaşı edib.
Zədəsi ciddi olacağı təqdirdə, Kökcünün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin fevralın 9-dan başlanacaq 3 günlük təlim-məşq toplanışı üçün heyətdən çıxarılacağı gözlənilir.
Qeyd edək ki, matç "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 3:2.