İspaniyanın "Real Madrid" komandasının kapitanı Serxio Ramos "Real Sosyedad"ın futbolçusu Martin Edeqoru təhqir edib.
"Report" "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, hadisə ölkə kubokunun 1/4 final mərhələsinin matçında baş verib. Ramos epizodların birində ona qarşı kobudluq edən yarımmüdafiəçiyə qeyri-etik ifadələr işlədib.
Qeyd edək ki, qarşılaşma "Real Madrid"in 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb və Madrid təmsilçisi Kral kuboku ilə vidalaşıb.