"Arzumuz odur ki, Bakı şəhəri gələcəkdə Çempionlar Liqasının finalına ev sahibliyi i etsin".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Avropa miqyasında 3 ən böyük futbol tədbirindən 2-nə ev sahibliyi etmək istəyi artıq gerçəkləşib: "Bizim Bakı Olimpiya Stadionu kimi böyük arenamız var. Belə stadionda Çempionlar Liqasının finalının da təşkil ediləcəyinə inanıram".