
"Qarabağ" futbol akademiyasının heyəti bu gün Bakının Müşfiqabad qəsəbəsində olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, akademiyanın məşqçi heyətinin iştirakı ilə 100-dən çox uşağa baxış keçirilib. Məlumatda bildirilir ki, Ağdam təmsilçisi hər zaman bu layihəni reallaşdırmaqla komandaya və Azərbaycan futboluna yeni adlar qazandırmağa çalışır.
Layihənin digər bölgələrdə də keçiriləcəyi vurğulanıb.