
Azərbaycan Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Sabah" komandaları üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
İlk yarıda qapılara qol vurulmayıb. Hesabı 59-cu dəqiqədə "Sabah"ın gənc oyunçusu Şakir Seyidov açıb. Bundan 2 dəqiqə sonra Ozan Can Kökcü komandasının növbəti qolunu vurub. "Sumqayıt"dan təsəlli qoluna 90+1-ci dəqiqə Əmir Ağayev imza atıb.
Bu nəticədən sonra "Sabah" xallarını 19-a çatdırsa da, 5-ci, 22 xala malik "Sumqayıt" isə 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" səfərdə "Zirə"ni darmadağın edib - 6:0. Tura fevralın 16-da "Səbail" - "Qəbələ" və "Neftçi" - "Keşlə" matçları ilə yekun vurulacaq.
----------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun açılış matçında "Zirə" "Qarabağ"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 4-cü dəqiqədə açılıb. Bədavi Hüseynov fərqlənib. 11-ci dəqiqədə Xayme Romero, 3 dəqiqə sonra isə Mahir Emreli fərdi artırıb. 28-ci dəqiqədə Ailton Silva meydan sahiblərini yenidən məyus edib. 61-ci dəqiqədə Abdullah Zubir görüşdə beşinci qolun müəllifi olub. 85-ci dəqiqədə Maqaye Qeye darmadağında pay sahibi olub.
Bu nəticədən sonra xallarının sayını 38-ə yüksəldən "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Zirə" 5-ci yerdədir.
Beləliklə, Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümünün ən böyük hesablı qələbəsi qeydə alınıb. Daha öncə 3-cü turda "Qarabağ" səfərdə "Səbail"i, "Keşlə" isə "Qəbələ"ni 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Tura sabah keçiriləcək "Səbail" - "Qəbələ" və "Neftçi" - "Keşlə" oyunları ilə yekun vurulacaq.
--------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə ilk qarşılaşma keçiriləcək. Lider "Qarabağ" səfərdə "Zirə" ilə qarşılaşacaq. Hazırda Ağdam təmsilçisinin 35 xalı var, paytaxt klub isə 20 xalla 5-ci yerdədir. "Qarabağ" birinci dövrədə 3:1 hesabı ilə qələbə qazanıb. İkinci dövrədəki oyun isə bərabərliklə bitib - 1:1.
Komandalar indiyədək 18 dəfə üz-üzə gəliblər. Qəsəbə təmsilçisi hələ ki, rəqibini məğlub edə bilməyib. "Köhlən atlar" 13 dəfə meydanı 3 xalla tərk ediblər, 5 qarşılaşma isə heç-heçə bitib. “Qarabağ” ardıcıl 5 səfər matçında da qələbə qazanıb. Topların fərqində də son ölkə çempionunun aşkar üstünlüyü var - 37:8.
Günün digər matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 4-cü, qonaq komanda isə 16 xalla 6-cı sıradadır. "Sumqayıt" hər iki dövrədə qələbə qazanıb - 1:0, 3:1.
Rəqiblər Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. Meydan sahibləri 6, paytaxt klubu isə 1 dəfə qələbə sevinci yaşayıb. Topların fərqində də "Sumqayıt" öndədir - 10:4. "Sabah" 3 matçdır rəqibi ilə görüşdə xal qazana bilmir. "Sumqayıt"ın evindəki bütün matçlarında isə tərəflər bir qol vura biliblər.
Azərbaycan Premyer Liqası, XVII tur
15 fevral (şənbə)
15:00. “Zirə” –“ Qarabağ” - 0:6
Qol: Bədavi Hüseynov, 4. Xayme Romero, 11. Mahir Emreli, 14. Ailton Silva, 28. Abdullah Zubir, 61. Maqaye Qeye 85.
Qırmızı vərəqə: Cavid Hüseynov, 68
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
17:00. “Sumqayıt” – “Sabah” - 1:2
Qollar: Əmir Ağayev, 90+1 - Şakir Seyidov, 59. Ozan Can Kokcü, 62
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”
Qeyd edək ki, XVII tura fevralın 16-da keçiriləcək "Neftçi" - "Keşlə" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.