
Azərbaycan Premyer Liqasında XVII turun "Neftçi" - "Keşlə" oyunundan sonra insident yaşanıb.
Sportnet.az-ın məlumatına görə, qonaq komandanın futbolçusu Vüsal İsgəndərli əsəblərinə hakim ola bilməyib. Yarımmüdafiəçi paltardəyişmə otağına yollanarkən əlindəki butsları hirslə divara çırpıb.
Qeyd edək ki, matç "Keşlə"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.