
Fransada futbolçu oyundan sonra rəqibinin cinsi orqanını dişlədiyi üçün cəzalandırılıb.
Sportnet.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, insident həvəskarlar liqasında "Tervill" və "Sotrix" komandaları arasındakı görüşün ardından baş verib. Parklanma ərazisində yaşanan münaqişədə "Tervill"in oyunçularından biri dalaşanları ayırmağa çalışıb. Amma "Sotrix"in futbolçusu onu qurşaqdan aşağı dişləyib.
Zərərçəkənə 10 tikiş atılıb və o, 4 gün məşqi buraxmalı olub. "Sotrix"in oyunçusu 5 il, onunla dalaşan isə 6 ay müddətinə diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, "Tervill" - "Sotrix" matçı heç-heçə ilə yekunlaşıb - 1:1. Meydan sahibləri mövsümdə ilk xalını qazansa da, klub təhlükəsizlik təminatı öhdəliyini yerinə yetirmədiyi üçün aktivindən 2 xal çıxılma cəzasına və 200 avro cəriməyə məruz qalıb.