AFFA-nın əməkdaşı Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, UEFA Gənclər Liqasında keçiriləcək “İnter” (İtaliya) – “Renn” (Fransa) oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma martın 3-də Milan şəhərindəki Ernesto Breda stadionunda baş tutacaq.