
Yaponiyanın əsas futbol çempionatının rəhbərliyi fevralın 26-na planlaşdırılan 7 matçın ləğv edilməsinə qərar verib.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, səbəb kimi koronavirus epidemiyası göstərilib. Hazırda J1 Liqasısının rəhbərliyi martın ortalarına qədər bütün futbol matçlarının ləğvi imkanını nəzərdən keçirir.
Qeyd edək ki, Yaponiyada 850-dən çox insan koronavirusa yoluxub. 4 nəfər isə dünyasını dəyişib. 24 iyul - 9 avqustda Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya Oyunları keçiriləcək.