"Neftçi” komandası Premyer Liqanın XIX turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığına başlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ” ilə görüşdən sonra bərpa məşqi edərək birgünlük fasiləyə buraxılmış kollektiv "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq bu gün bir məşqlə davam edəcək.
Qeyd edək ki, martın 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Səbail” oyunu saat 17:00-da başlanacaq.