
İtaliyada bütün idman tədbirləri, o cümlədən, futbol matçları aprelin 3-dək azarkeşsiz keçiriləcək. Sportnet.az-ın Football İtalia-ya istinadən məlumatına görə, belə bir addımı İtaliya hökuməti koronavirusun yayılmasına qarşı mübarizə tədbiri kimi atıb.
Daha əvvəl A Seriyasının bir neçə oyunu və ölkə kubokunun yarımfinal qarşılaşmaları təxirə salınıb. Bildirilir ki, hökumət ümumiyyətlə, bütün idman tədbirlərini bir ay müddətinə ləğv edə bilər.
Qeyd edək ki, İtaliyada koronavirusa 3090 nəfər yoluxub. Onlardan 107-si ölüb.