"Üstün oynasaq da, komanda çox güc sərf etdi. Süni örtüklü meydanda oynamaq bizim üçün problemdir. Belə meydanda 2 dəfə çox güc sərf edirik. Ancaq yenə də mübarizə aparırdıq. Hücumlar etdik, 2 yaşı qol vurduq. Qalib gəlmək istəyirdik və bunu bacardıq. Yolumuza davam etməliyik".
Sportnet.az-ın məlumatına görə bunu "Qarabağ"ən futbolçusu Maksim Medvedev səfərdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Azərbaycan millisinin də üzvü olan təcrübəli müdafiəçi daha sonra digər sualları cavablandırıb...
- “Neftçi”ni 8 xal qabaqlayırsınız. Sona 8 tur qalmış komandada çempionluq ab-havası hiss edilir?
- Qətiyyən! Hər oyuna fərqli sistemlə hazırlaşırıq. Fərqli məşqlər keçirik. Azəndan fərqi qorumalıyıq. Yalnız özümüzü düşünməliyik. Hər oyunda qalib gəlməliyik. Demək istədiyim odur ki, hər şey öz əlimizdədir.
- İkinci hissədə mövqeyinizi dəyişdiniz. Bu, nəyə görə baş verdi?
- Bunu baş məşqçidən soruşasanız, daha yaxşı olardı. Son oyunların axırıncı dəqiqələrində cinahımı dəyişirəm. Ola bilsin ki, baş məşqçinin dəyişiklik fikirləri var.
- Sol cinahda özünüzü necə hiss edirsiniz?
- Sola keçəndə məndən irəli getməyi tələb etmirlər. Bu baş verəndə üçlü müdafiə ilə oynayırıq. Oyunlarda belə sistem dəyişiklikləri olur.
- Milli komandanın yeni baş məşqçisi məlum deyil. Onun yerli, yoxsa əcnəbi olmasını istəyirsiniz?
- Bu mövzuda danışmaq doğru olmaz. Futbolçuyam, meydana çıxıb, işimi görürəm. Sabah yerli və ya əcnəbi baş məşqçi gəlsə, hörmətlə yanaşıb, məşqlərimizi edəcəyik, oyunlara çıxacağıq.
- Rəşad Sadıqovun da adı milli ilə hallanır. Onun yığmaya rəhbərlik edəcəyi sizə inandırıcı gəlir?
- Rəşad hələ futbolçudur, komanda yoldaşımdır. Onunla münasibətim yaxşıdır. Nəsə demək istəmirəm. Çox danışırlar, çox şey danışırlar. Ancaq bunlar yalnız müzakirələrdir. Reallıq olsa, danışmaq olar.
- Millətlər Liqasında Azərbaycan yığması Kipr, Lüksemburq və Monteneqro ilə bir qrupa düşdü. Püşklə bağlı nə deyərdiniz?
- Yaxşı rəqiblər düşdü. Çətin oyunlar gözləyir. Biri deyir, zəif qrupdur, digəri ötən turnirdəki qrupun yaxşı olduğunu söyləyir. İndi ancaq danışmaq olar. Qarşılaşmalardan sonra biləcəyik ki, rəqiblər hansı gücdədir.