Azərbaycan I Divizionda XIX tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. "Turan Tovuz" "Keşlə-2"ni, "Kəpəz" isə "Sabah-2"ni minimal hesabla yenib - 1:0. "Ağsu" çempionatdan çıxdığı üçün MOİK-ə texniki qələbə verilib. Qalan oyunlar martın 13-də olacaq.
Bu tur “Sumqayıt-2” komandası istirahət edəcək.
I Divizion, XIX tur
12 mart (cümə axşamı)
“Turan Tovuz” – “Keşlə-2” - 1:0
Qol: Səbayıl Bağırov, 90+1
Hakimlər: Rövşən Rəcəbov, Pərvin Talıbov, Elman Kərimov, Rəhim Həsənov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
“Kəpəz” – “Sabah-2” - 1:0
Qol: Elcan Rəhimov, 42
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Gəncə şəhər stadionu
13 mart (cümə)
“Neftçi-2” – “Qarabağ-2”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, İnqilab Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASK Arena”
“Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
“Səbail-2” – “Zirə-2”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kərim Zeynalov, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”.