Serbiya hakimiyyəti koronavirus epidemiyasına görə İspaniyada iki həftəlik karantinə əhəmiyyət verməyərək ölkəyə qayıdan “Real Madrid"inin hücumçusu Luka Yoviçin davranışını tənqid edib
Sportnet.az “Marca”ya istinadən xəbər verir ki, ölkənin baş nazir iAn Brnabiç məsələ ilə bağlı açıqlama verib: "Təəssüf ki, bizim futbol ulduzlarımızın yol verdikləri mənfi nümunələr var. Onlar milyonlar qazanırlar və evə qayıdış üzrə özünü təcridetmə haqqında məcburi əmrlərə məhəl qoymurlar”
Serbiya prezidenti Aleksandr Vuçiç futbolçuya karantini pozacağı halda saxlanıla biləcəyi barədə xəbər edib: "Əgər mənzilindən çıxsa, onu həbs edəcəklər. Düşünürəm, etdiyi əməllə bağlı heyfsilənir, amma mən ona bizim vətəndaşlarımızın həyatının onun milyonlarından daha əhəmiyyətli olduğunu anladacam", - dövlət başçısı deyib.
Yoviç bildirib ki, Serbiyadakı ciddi karantin qaydaları haqqında məlumatsız olub. "Çox təəssüf ki, bəzi insanlar öz işlərini yerinə yetirmədilər və mənə karantin zamanı hərəkət etmək barədə düzgün təlimatlar vermədilər", - futbolçu deyib.
Yoviç karantin qaydalarını pozduğuna görə azarkeşlər qarşısında üzr istəyib. Daha əvvəl xarici KİV-də xəbər yayılıb ki, Yoviç koronavirus epidemiyasına görə Madriddə iki həftəlik karantin zərurətinə əhəmiyyət verməyərək ölkəyə qayıtmaq qərarı ilə Serbiya azarkeşlərini qəzəbləndirib.