
Böyük Britaniyanın Antidopinq Agentliyi bir futbolçunu diskvalifikasiya edib.
Sportnet.az-ın məlumatına görə, buna adı açıqlanmayan həmin oyunçunun cəza müddəti bir illikdir. Səbəb isə onun antidopinq qaydalarını pozmasıdır.
Test nəticəsində qadağan olunmuş preparat 31 yanvar 2019-cu ildə tapılıb. O, daha əvvəl terapevtik istisnalıq əldə etmək istəyib. Lakin klubunun həkimi analizin verilmə anınadək heç bir açıqlama verməyib. Nəzarət komissiyası oyunçunun bilmədən qaydaları pozduğunu müəyyənləşdirib.
Həmin futbolçu öz işinə baxılması zamanı ciddi kömək də göstərib. Onun cəza müddəti 31 yanvar 2020-ci ildə başa çatıb. Hazırda oyunçu idman yarışlarında iştirak hüququna malikdir.