
İtaliya "Atalanta"sının qapıçısı Marko Sportyello koronavirusa yoluxub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı qolkiperin testi müsbət nəticə verib. Oyunçunun simptomları təhlükə törətmir. Hazırda Sportyello və komandanın digər futbolçuları karantindədirlər. Təcridolunma prosesi martın 27-dək davam edəcək.
Daha əvvəl İtaliyada 17 futbolçunun koronavirusa yoluxma halı qeydə alınmışdı.