İngiltərənin "Çelsi" klubunun futbolçusu, hazırda icarə əsasında İtaliya "Roma"sında çıxış edən Davide Zappakosta "Instagram" sosial şəbəkəsində izləyicilərinin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, italiyalı müdafiəçi 2017-2018 mövümündə "zadəganlar"ın heyətində UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"a qarşı Londonda keçirdikləri oyunu (6:0) da xatırlayıb.
28 yaşlı oyunçu izləyicilərindən birinin "Ən yaxşı qolunuz hansıdır" sualına cavabında Ağdam klubunun qapısından keçirdiyi topu fərqləndirib: "Açığı, qol vurmaq mənim üçün elə də önəmli deyil. Uşaqlıqdan ən böyük arzum Çempionlar Liqasında oynamaq və fərqlənmək idi. İndi daha çox şeyə sahibəm və yenidən bu turnirdə çıxış edəcəyimə inanıram. Ən yaxşı qolumu isə "Qarabağ"a vurmuşam".
Qey edək ki, Davide Zappakosta "Çelsi"nin heyətində 2017-ci il sentyabrın 12-də "Stemford Bric" stadionunda keçirilmiş matçın 30-cu dəqiqəsində "Qarabağ"ın qapısına uzaq məsafədən baxımlı qol vurub.