
"Sumqayıt" klubunun təşkilatçılığı ilə komandanın futbolçuları “Evdə qal, sağlam qal” adlı aksiya çərçivəsində şəhərin yaşlı sakinləri ilə evlərində görüşüb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə əsas komandanın məşqçiləri – Mehman Yunusov, Eduardo Balada, eyni zamanda futbolçular – Mehdi Cənnətov, Elvin Bədəlov, Cəmaləddin Xocaniyazov, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Mehdi Şərifi və Xəyal Nəcəfov iştirak edib.
Xüsusi karantin müddəti boyunca onlara evdən çıxmamağı məsləhət görən komanda üzvlərinə şəhər sakinləri belə çətin günlərdə yaşlıları unutmadıqları üçün çox sağ ol deyib və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər. Yaşlı sakinlər futbolçularımız tərəfindən ərzaq tədarükü ilə təmin olunub.
"Sumqaylt"ın aksiyanı mütəmadi olaraq davam etdirəcəyi bildirilib.