Niderlandın "Ayaks" klubunun futbolçusu Kvinsi Promes koronavirusla əlaqədar karantin qaydalarını pozduğu üçün üzr istəyib.
Sportnet.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu şəxsi "Instagram" səhifəsində yazıb. O, futbol üçün çox darıxması səbəbindən Amsterdamda dostları ilə oynadığını bildirib. Təcrübəli forvard evdən küçəyə çıxmasını düşünülməmiş hərəkət adlandırıb. Promes görüntüləndiyi video ilə əlaqədar üzrxahlıq edərək, hamıya belə çətin zamanda güc arzulayıb.
İndiyədək Niderlandda koronavirusa 11 750 yoluxma halı qeydə alınıb. Onlardan 864-ü dünyasını dəyişib. O cümlədən, ötən gün ölənlərin sayı 93 olub.