"Qarabağ"ın futbolçusu Migel Markos Maderanın 2010-cu ildə İngiltərənin "Birmingem" klubuna Qaret Beylin əvəzinə alındığı üzə çıxıb. Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın ovaxtkı baş məşqçisi Aleks Makliş İspaniya mətbuatına açıqlamasında bildirib.
Şotlandiyalı mütəxəssis deyib ki, həmin vaxt yarımmüdafiənin mərkəzinə "Tottenhem"dən Beyli transfer etmək istəyiblər. Uelsli hücumçu iki mövsüm zədə üzündən uğurla çıxış edə bilmədiyi üçün baş məşqçi Harri Rednap onu göndərmək istəyirmiş. "Birmingem" isə Beyl üçün 3 milyon funt ödəməyə hazır imiş. Lakin bu keçid baş tutmayıb və oyunçu "Tottenhem"də qalmalı olub.
Bundan sonra Makliş yarımmüdafiənin mərkəzinə keyfiyyətli oyunçu almaq üçün həmin vaxt İspaniyanın "Sportinq" (Xixon) komandasından Miçeli istəyib. Nəticədə bu oyunçu 3 milyon avroya transfer olunub: "Mən bu oyunçunu almağımıza çox xoşbəxt idim. Çünki onu bir ildən çoxdur izləyirdim. Hətta oyununu canlı görmək üçün İspaniyaya da səfər etmişdim. O, təcrübəli, texnikalı və topla rəftar sarıdan keyfiyyətli futbolçu idi. Miçelin həqiqətən də komandanı gücləndirməyə qadir olduğunu düşünürdük".
Lakin ispaniyalı yarımmüdafiəçinin İngiltərə klubundakı karyerası gözlənildiyi qədər uğurlu alınmayıb. Nəticədə Miçel bir ildən sonra Yunanıstan AEK-inə icarəyə verilib. 2011-ci ilin yayında öz ölkəsinin "Xetafe" komandasına keçən futbolçu 2014-cü ildə İsrailin "Makkabi" (Hayfa) klubuna, 2015-ci ildə isə "Qarabağ"a transfer olunub.
Miçel üçün ən uğurlu komanda elə Azərbaycan təmsilçisi olub. O, 5 ildir ki, Ağdam komandası ilə titullar sıralamaqdadır.