Türkiyənin “Qalatasaray” klubunun sabiq prezidenti Faruk Sürenin həyat yoldaşı Hatice Süren koronavirusa yoluxub.
Sportnet.az “A haber”ə istinadən xəbər verir ki, onun koronavirus testi müsbət nəticələnib. Hatice Sürenin evində müalicəsinə davam etdiyi vurğulanıb. Onunla birlikdə Faruk Süren də testdən keçib, lakin onda virus aşkarlanmayıb.
Qeyd edək ki, daha öncə “Qalatasaray”ın koronavirusa yoluxan baş məşqçisi Fatih Terim evə buraxılıb. Ondan öncə İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak, idarə heyətindən Yusuf Günay, Mahmut Recevik də virus aşkarlanıb.