Bir neçə gün öncə koronavirusa yoluxan Türkiyə millisinin və "Fənərbağça" klubunun sabiq qapıçısı Rüştü Rəçbərin vəziyyəti ağırdır.
Sportnet.az-ın "Marca" nəşrinə istinadən məlumatına görə, hazırda xəstəxanada olan veteran oyunçunun səhhəti həkimləri narahat edir.
Qeyd edək ki, Rüştü Rəçbərdə koronavirusun simptomları martın 29-da aşkarlanmışdı.