İtaliya A Seriyasında mövsümün bərpasının mümkün vaxtı məlum olub.
Sportnet.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, çempionatın mayın 20-də qaldığı yerdən start götürəcəyi ehtimal olunur. Belə olan halda isə A Seriyasının iyulun 2-də başa çatdırılması planlaşdırılır.
Koronavirus pandemiyasına görə təxirə salınmış XXV turun qarşılaşmalarının ("Atalanta" - "Sassuolo", "İnter" - "Sampdoriya", "Torino" - "Parma" və "Verona" - "Kalyari") mayın 20-də oynanılması nəzərdə tutulub.
Növbəti turların təqivimi isə belədir:
23-24 may: XVII tur
27-28 may: XVIII tur
30-31 may: XXIX tur
3-4 iyun: XXX tur
6-7 iyun: XXXI tur
10-11 iyun: XXXII tur
13-14 iyun: XXXIII tur
17-18 iyun: XXXIV tur
20-21 iyun: XXXV tur
24-25 iyun: XXXVI tur
27-28 iyun: XXXVII tur
2 iyul: XXXVIII tur
Qeyd edək ki, İtaliya A Seriyası martın 10-da dayandırılıb.