Rusiyanın “Rostov” klubu mayın 1-də məşqləri bərpa etmək istəyir.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Valeri Karpin məlumat verib.
51 yaşlı mütəxəsis hazırlıq prosesinə başlamazdan öncə oyunçular, məşqçilər heyəti və digər bütün şəxslərin koronavirusa görə yoxlanacağını bildirib.
Qeyd edək ki, Rusiya Premyer Liqası mayın 31-dək dayandırılıb. “Rostov” 38 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.