Ekvadorun A Seriyasında çıxış edən "Deportivo Kito"da bir ilk yaşanıb. Sportnet.az-ın məlumatına görə, klub prezidenti vəzifəsinə 25 yaşlı xanım Samanta Yepes seçilib.
Xuan Manuel Agirreni əvəzləyən Yepes işgüzar həyatı və idman sahəsindəki idarəetməsi baxımından mütəxəssis sayılır. Yeni vəzifədə qarşıdakı 3 il müddətində çalışacaq gənc klub prezidentinə Xorxe Mançeno kömək edəcək. O, heyətdəki bir çox futbolçudan yaşca kiçikdir.
Qeyd edək ki, "Deportivo Kito" 5 dəfə Ekvador çempionu olub.