Portuqaliyanın baş naziri Antoniu Koşta bu gün futbol üzrə Portuqaliya çempionatının bərpa tarixini açıqlayacaq.
Sportnet.az "Jornal de Noticias" nəşrinə istinadən xəbər verir ki, liqa mayın sonunda qaldığı yerdən davam edəcək.
Bildirilir ki, qərar nazirliyin Portuqaliya Futbol Federasiyasının rəhbərliyi ilə görüşü zamanı verilib.
Bütün qarşılaşmaların boş tribunalar önündə və lazımi təhlükəsizlik tədbirlərinə uyğun keçiriləcəyi vurğulanıb.
Qeyd edək ki, Portuqaliya çempionatında 24 tur oynanılıb, "Portu" 60 xalla birinci, "Benfika" 59 xalla ikinci sırada qərarlaşıb.