İtaliyanın "Milan" klubunun 3 futbolçusunun koronavirus testi müsbət nəticə verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə ölkənin tanınmış jurnalisti Nikolo Skira şəxsi “Twitter”dəki səhifəsində yazıb. O qeyd edib ki, "Fiorentina" və "Sampdoriya"dan sonra "Milan"da da baş vermiş analoji hadisə üzündən A Seriyasının davam etdirilmə ehtimalı azalıb.
"COVID-19 pandemiyası futbol dünyasında güclənir. “Fiorentina”da 6 və “Sampdoriya”da 4 yoluxma hadisəsindən sonra koronavirus indi COVID-19 teslərinin üçünün müsbət nəticə verdiyi "Milan”da qeydə alınıb. A Seriyasının davam etdirilməsi daha da problematik olur", - o özünün “Twitter”dəki səhifəsində yazıb.
A Seriyası mövsümü martın 11-də koronavirus pandemiyasına görə dayandırılıb.