İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun rəfiqəsi Kriştianu Ronaldu "Women's Health" jurnalının Portuqaliya versiyasının üz qabığına düşüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə əslən argentinalı modelin özü şəxsi "Instagram"ında yazıb. O, həyat üslubuna birbaşa aidiyyatı olan jurnalın üz qabığında ilk dəfə peyda olduğunu bildirib. Nəşr bu gündən köşklərdə satışda olacaq.
Qeyd edək ki, Ronaldu və Rodriges 2016-cı ildə tanış olub. 12 noyabr 2017-ci ildə onların Alana Martina adlı qızı dünyaya gəlib. Portuqaliyalı ulduzun surroqat anadan Kiçik Kriştianu, Yeva və Metyu adlı övladları da var.