Sabahdan məşqləri bərpa edəcək Azərbaycan Premyer Liqası klubları kollektiv şəkildə hazırlaşa biləcəklər.
Sportnet.az-ın xəbərinə görə, bu barədə "Report"a "Qarabağ"ın direktoru Emrah Çelikel məlumat verib.
Ağdam təmsilçisinin rəsmisi bildirib ki, bununla belə, təhlükəsizliklə bağlı müəyən qaydalara əməl etmək tələb olunur: "Bununla bağlı AFFA-dan klublara təlimat göndərilib. Əsas məsələ gigiyana və sosial məsafə qaydalarıdır. Məsələn, oyunçular paltardəyişmə otaqlarından istifadə etməyəcəklər: Futbolçular oyunlara hazır vəziyyətdə gələcəklər".
Qeyd edək ki, AFFA bu gün Azərbaycan Premyer Liqasının bərpa tarixini açıqlayıb.