İspaniyanın "Atletik" klubu baş məşqçisi Qaiska Qaritano ilə müqavilənin müddətini uzadıb.
Spotnet.az Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin yeni sözləşməsi 2021-ci il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, Qaiska Qaritano 2018-ci ilin dekabrından "Atletik"ə rəhbərlik edir. Komanda La Liqada 37 xalla 10-cu pillədə qərarlaşıb. Bilbao klubu bu mövsüm İspaniya Kubokunun finalına yüksəlib və həlledici görüşdə "Real Sosyedad"la üz-üzə gəlməlidir.
Mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.