"Qəbələ"nin futbolçularından bu gün koronavirusla bağlı analiz götürüləcək.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a klubun prezidenti Fariz Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, komanda sabahdan Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşqlərə başlayacaq: "İclasda müzakirə olundu ki, klubların həftədə və ya 10 gündə bir dəfə koronavirus testindən keçirilməsi yaxşı olar. Amma bu, maliyyə tələb edən işdir. Bunu hər oyundan əvvəl etmək üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. Testdən keçmək heç kimi qorumur. Sadəcə, virusun geniş yayılmaması üçün analizlər lazımdır".
Qeyd edək ki, AFFA bu gün Azərbaycan Premyer Liqasının bərpa tarixini açıqlayıb.