Haiti milli komandasının futbolçusu Donald Gerye "Neftçi" klubu ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 31 yaşlı cinah oyunçusunun özü şəxsi "Instagram"ında yazıb. "Yeni səhifə vaxtıdır. Təşəkkür edirəm, "Neftçi". Xoş idi" deyə o bildirib.
Qeyd edək ki, Donald Gerye "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı. Daha əvvəl “Qarabağ” (2017 - 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb. Haitili oyunçu 2018-ci ildə İdman Araşdırmalar Mərkəzinin sorğusu nəticəsində Ən yaxşı əcnəbi futbolçu seçilib.