Rusiyanın "Spartak" klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyev sabiq komandası "Rostov"a qayıdışı baş tutmaya bilər.
Sportnet.az "Sports.ru" saytına istinadən xəbər verir ki, "Rostov" 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olsa da, onun keçidinə maaşı mane olacaq.
Rusiyalı jurnalist Sergey Yeqorov Quliyevin ildə 1.2 milyon avro aldığını yazıb. Beləliklə, "sarı-göylər" yarımmüdafiəçinin bütün maaşını ödəyəcəyi təqdirdə icarəyə götürə bilər.
Qeyd edək ki, Ayaz Quliyev məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girdiyi üçün "Spartak"ın əvəzedici komandasına göndərilib. O, 2019-cu ilin yanvarından "Rostov"dan "Spartak"a keçib.