Türkiyə millisinin və Almaniyanın "Verder" klubunun futbolçusu Nuri Şahinin zədəsi ciddidir.
Sportnet.az-ın "NTV Spor"a istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Florian Kofeldt deyib.
O bildirib ki, 32 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxa bilməyəcək.
Bir müddət öncə bud nahiyyəsindən zədə alan oyunçunun Bremen təmsilçisindən ayrılacağı gözlənilir. Onunla Türkiyənin "Fənərbağça" klubu yaxından maraqlanır.
Qeyd edək ki, Nuri Şahin 2018-ci ildən "Verder"də çıxış edir.