UEFA Avropa Liqasında 1971-2020-ci illər üçün reytinq cədvəlini açıqlayıb.
Spornet.az məlumatına görə, son 50 illiyin siyahısında Azərbaycanın 16 klubu yer alıb.
Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. 69 xalı olan Ağdam təmsilçisi 983 klub arasında 118-ci pillədə qərarlaşıb.
Aktivində 34 xalı olan "Neftçi" 216-cıdır. Azərbaycan təmsilçiləri arasında ilk "3-lüy"ü "Qəbələ" (27 xal) tamamlayır. "Qırmızı-qaralar" 248-ci pillənin sahibidir.
Digər komandaların sıralaması isə aşağıdakı kimidir:
1) 118. "Qarabağ" - 69 xal
2) 216. "Neftçi" - 34 xal
3) 248. "Qəbələ" - 27 xal
4) 471. "Xəzər Lənkəran" - 10 xal
5) 601. "Zirə" - 5 xal
6) 606. "Karvan" - 5 xal
7) 631. "Bakı" - 5 xal
8) 715. "Kəpəz" - 3 xal
9) 758. "Olimpik-Şüvəlan" (AZAL) - 2 xal
10) 819. "MKT Araz" - 1 xal
11) 861. "Xəzri Buzovna" - 1 xal
12) 876. "Səbail" - xalı yoxdur
13) 902. "Simurq" - xalı yoxdur
14) 939. "Turan" - xalı yoxdur
15) 940. "Şəfa" - xalı yoxdur
16) 950 "Şəmkir" - xalı yoxdur