İspaniyanın “Barselona” klubu Usman Dembeleni transferə çıxaracaq.
Sportnet.az “Diario Sport”a istinadən xəbər verir ki, klub fransalı hücumçunu mövsümün sonunda satmaq niyyətindədir. "Transfermarkt" portalı oyunçunu 56 milyon avro dəyərində qiymətləndirir.
Dembelenin “Barselona” ilə hazırkı müqaviləsi 2022-ci il iyunun 30-dək qüvvədədir. 23 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 9 oyuna 1 qol vurub. O, 2017-ci ildə transfer olunduğu "Barselona"da ikiqat İspaniya çempionu, ölkə kuboku və Superkubok qazanıb. Dembele Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğuna yiyələnib.