Rumıniyanın "Botoşani" klubunun futbol üzrə yerli çempionatda keçirməli olduğu oyunlar təxirə salınıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, buna komandanın tibbi heyət üzvlərindən birində koronavirusun aşkarlanması səbəb olub.
Botoşani şəhərinin eyniadlı təmsilçisi epidemioloji araşdırmanın nəticəsi açıqlananadək oyunlara çıxmayacaq. Komanda bu gün Krayova "Universitat"yası ilə qarşılaşmalı idi.
Qeyd edək ki, daha əvvəl Buxarest "Dinamo"sunun "Kindiya Tirqovişte" ilə iyunun 13-də keçirməli olduğu qarşılaşma paytaxt təmsilçisinin rəsmilərindən birində virus aşkarlandığı üçün təxirə salınıb.