Hollandiya milli komandasının baş məşqçisi Ronald Kuman və həyat yoldaşı Bartina Kuman koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə xanım Kuman açıqlama verib. O, ərinin infarkt keçiridiyi mayın 3-dən əvvəl yoluxduqlarını bildirib: "Test nəticələrimiz mənfi çıxmışdı. Lakin sonradan biz qan analizi verdikdə antikorlar aşlarıandı. Ərim vəziyyəti yaxşılaşdıqdan sonra velosipedə oturaraq dostları ilə getdi. O, evə qayıtdıqda isə özünü pis hiss etdi. Dərhal anladım ki, problem ürəklə bağlıdır. Çünki Ronaldın atası və əmisi də infarktdan ölüb. Elektrokardioqram da bunu təsdiqlədi".