Çilinin "Universidad de Çili" klubunun sabiq futbolçusu Qustavo Lorensetti həmyerlisi və keçmiş komanda yoldaşı Gilyermo Marinonun yadplanetlilər tərəfindən oğurlandığına inanır.
Sportnet.az-ın məlumatına görə, bu barədə hazırda həmin ölkənin "Deportes İkike" komandasında çıxış edən 35 yaşlı müdafiəçi "Lado B" nəşrinə açıqlamasında deyib.
O iddia edir ki, Marinonun komandanın məşqinə gecikməsinin səbəbi də məhz bu olub: "Gilyermo hər şeyi ətraflı izah etdi və öz hisslərini bizimlə bölüşdü. Dedi ki, yoxa çıxıb və 2 gündən sonra qayıdıb. Çünki onu yadplanetlilər qaçırmışdılar. O, yalançı deyil. Bunu hamı bilir".
Lorensetti özü də yadplanetlilərin varlığına inandığını söyləyib: "Gilyermə hər şeyi o qədər əla izah etdi, ona inanmaya bilməzdik".
Qeyd edək ki, sözügedən futbolçular 2011-2013-cü illərdə "Universidad de Çili" klubunda komanda yoldaşı olublar.