AFFA və "Neftçi" klubu 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə səhiyyə işçilərini təbrik edib.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi və milli assosiasiya bu barədə rəsmi "Facebook" səhifələrindən paylaşım edib.
"Həmişə, xüsusilə bu günlərdə sağlamlığımızın keşiyində duran Azərbaycan Respublikası tibb işçilərini peşə bayramı münasibətilə təbrik edirik!" - deyə "Neftçi"nin təbrikində qeyd olunub.
AFFA isə "Fədakarlığınız üçün təşəkkür edirik! Gününüz mübarək!" paylaşımını edib.