
Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümündə 4 futbolçu bombardir tituluna yiyələnib.
Sportnet.az xəbər verir ki, bunlar "Neftçi"dən Baqali Dabo və Stiven Monroz, "Sumqayıt"dan Peyman Babayi və "Qarabağ"dan Mahir Emrelidir. Onlar hərəyə 7 qol vurub. Bu, ilk belə hadisədir ki, bombardir adına 4 şərik olur.
Dabo və Emreli ikinci dəfə belə uğura imza atmaqla Zaur Ramazanova çatıb. Bu göstəricidə rekord 3 dəfə bombardir olan Nazim Əliyevə məxsusdur.
İndiyədək ən çox futbolçusu bombardir olan klub “Neftçi”dir. Paytaxt təmsilçisinin bombardir olan oyunçularının sayı 7-yə çatıb. Cari mövsümədək bakılılarla şərik olan “Qarabağ”da bu rəqəm 6-dır. Babayi “Sumqayıt”ın tarixinə titul qazanan ilk oyunçu kimi düşüb.
AZƏRBAYCAN ÇEMPİONATININ BOMBARDİRLƏRİ |
|||
mövsüm |
Futbolçu |
klubu |
qol |
1992 |
Nazim Əliyev |
Xəzər (Sumqayıt) |
39 |
1993 |
Samir Ələkbərov |
Neftçi |
16 |
1993/94 |
Musa Qurbanov |
Turan |
35 |
1994/95 |
Nazim Əliyev |
Neftçi |
26 |
1995/96 |
Rövşən Əhmədov |
Kəpəz |
23 |
|
Fazil Pərvərov |
Kəpəz |
23 |
1996/97 |
Qurban Qurbanov |
Neftçi |
34 |
1997/98 |
Nazim Əliyev |
Dinamo |
23 |
1998/99 |
Alay Bəhramov |
Viləş |
24 |
1999/00 |
Badri Kvaratsxeliya |
Şəmkir |
16 |
2000/01 |
Paşa Əliyev |
Dinamo-Bakılı |
13 |
2003/04 |
Samir Musayev |
Qarabağ-Azərsun |
20 |
2004/05 |
Zaur Ramazanov |
Karvan |
21 |
2005/06 |
Yakuba Bamba |
Karvan |
16 |
2006/07 |
Zaur Ramazanov |
Xəzər-Lənkəran |
20 |
2007/08 |
Xaqani Məmmədov |
İnter |
19 |
2008/09 |
Valter Quqlemon |
İnter |
17 |
2009/10 |
Fərid Quliyev |
Standard |
16 |
2010/11 |
Georgi Adamiya |
Qarabağ |
18 |
2011/12 |
Bahodir Nasimov |
Neftçi |
16 |
2012/13 |
Nikolas Kanales |
Neftçi |
26 |
2013/14 |
Reynaldo Silva |
Qarabağ |
22 |
2014/15 |
Nurlan Novruzov |
Bakı |
15 |
2015/16 |
Dani Kintana |
Qarabağ |
15 |
2016/17 |
Filip Ozobiç |
Qəbələ |
11 |
|
Rauf Əliyev |
İnter |
11 |
2017/18 |
Baqali Dabo |
Qəbələ |
13 |
2018/19 |
Mahir Emreli |
Qarabağ |
16 |
2019/20 |
Baqali Dabo |
Neftçi |
7 |
|
Mahir Emreli |
Qarabağ |
7 |
|
Stiven Monroz |
Neftçi |
7 |
|
Peyman Babayi |
Sumqayıt |
7 |