Rusiyanın "Matç TV" telekanalının aparıcısı və prodüseri Tina Kandelaki Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Artyom Milevskinin açıqlamasına reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu əvvəllər aparıcı ilə cinsi əlaqədə olduğunu bildirib. Kandelaki isə Milevskinin, alınmayan karyerası ilə əlaqədar məşhur şəxslə əlaqəsi barədə açıqlamasına təəssüfləndiyini açıqlayıb: "Belə çıxır ki, onun həyatında başqa xoşbəxt anlar olmayıb".
Seksual prodüser jurnalist Dmitri Qordona müsahibəsində keçmiş futbolçunun sözlərini nə təkzib, nə də təsdiqləmək istəmədiyini vurğulayıb: "Sən mənim nə ərimsən, nə də dindar, ona görə bu suala cavab verməyəcəyəm".
Qeyd edək ki, Artyom Milevski Tina Kandelaki ilə vaxtilə "Ən ağıllı" verilişinin aparıcı olduğu vaxt sevişdiyini bildirib.