
"Neftçi Esports” E Milli Liqada 2-ci tur oyunlarını keçirib.
Sportnet.az xəbər verir ki, "Ərkivan”la birinci görüşdə 4:1 hesabı ilə qalib gələn komanda cavab matçında rəqibin qapısından 5 cavabsız top keçirib. Bununla da ümumi hesab 9:1 olub.
Qeyd edək ki, "Neftçi Esports”un mübarizə apardığı E qrupunun digər oyununda "Ağsu” komandası "Qoşqar”ı 7:3 hesabı ilə məğlub edib. İlk matçında "Qoşqar”a 11:1 (6:1, 5:0) hesabı ilə qalib gəlmiş paytaxt komandası 6 xalla qrup lideridir və artıq pley-of mərhələsinə vəsiqəni təmin edib.