
Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, klub prezidenti Fatih Mert İbrahim Üzülməzlə müqavilə bağladıqlarını bildirib. 46 yaşlı mütəxəssisin ilk sınağı "Trabzonspor"a qarşı olacaq.
Yeni vəzifədə Mustafa Reşit Akçayı əvəzləyən Üzülməz son olaraq, I Liqada "Bursaspor"a rəhbərlik edib.
Qeyd edək ki, 28 turdan sonra "Ankaragücü" 24 xalla 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.