"Neftçi"nin sabiq futbolçusu Slavko Braliç "Voyvodina" klubunun heyətində Serbiya Kubokunu qazanıb.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçinin komandası finalda "Partizan"la üz-üzə gəlib. Xorvatiyalı oyunçu görüşə start heyətdə başlayıb və sonadək meydanda olub. Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Voyvodina" penalti zərbələrini dəqiq yerinə yetirib - 4:2.
Qeyd edək ki, Slavko Braliç 2018/2019 mövsümü ərəfəsində "Neftçi" ilə bir illik müqavilə bağlayıb, 2019-cu ilin əvvəlində onun sözləşməsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.