
UEFA mart ayında koronavirusa görə dayandırılan UEFA Gənclər Liqasının təqvimini açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnirin qalan oyunları avqustun 16-dan 25-dək İsveçrənin Nyon şəhərində olacaq.
1/8 final mərhələsinin baş tutmayan "İnter" (İtaliya) - "Renn" (Fransa) və "Yuventus" (İtaliya) - "Real Madrid" cavab görüşləri də Nyonda baş tutacaq.