Almaniyalı Rayner Kraft 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən gələn baş məşqçilik təklifini qəbul etməyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Teckbote" nəşrinə 58 yaşlı mütəxəssisin özü məlumat verib.
Kraft 2010/2011 mövsümündə ölkəsinin "VFL Kirhhaym" komandasının baş məşqçisi olduğu üçün təklifi geri çevirdiyini bildirib.
Qeyd edək ki, Rayner Kraft müxtəlif vaxtlarda AFFA-nın təşəbbüsü ilə keçirilən UEFA-nın A kateqoriyalı lisenziya kurslarına rəhbərlik edib.