"Sabah" klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.
Paytaxt təmsilçisi Sopiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən ilin dekabrında baş məşqçi postuna gətirilən Jelko Sopiçin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.